Azərbaycan gömrüyü yeni müayinə avadanlıqları alır: 1,1 mly avroya
Dövlət Gömrük Komitəsi 1,1 milyon avrodan çox vəsaiti rentgen müayinəsi üçün avadanlığın alınmasına xərcləyəcək. ENA.az xəbər verir ki, bununla bağlı Komitə Almaniyanın Smiths Heimann GmbH. şirkəti ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri – 1 mln 113,749 min avrodur.
Qeyd edək ki, Smiths Detection şirkəti yoxlama və müayinə cihazlarının istehsalı, tətbiqi üzrə dünya lideridir. Şirkət qeyri-qanuni yollarla gətirilən və ya təhlükəli əşyaların aşkar edilməsi üçün remtgen müayinəsi cihazları təqdim edir. Bu cihazlar təhlükəsiz texnologiyalar bazasında baqajdakı partlayıcı maddələri, hətta əl çantasındakı əşyaları da tam müayinə etməyə imkan verir.