Aqrar

İsmayıllının fındıq bağlarından 300 ton məhsul gözlənilir

İsmayıllı rayonunun fındıq bağlarında məhsul yığımına başlanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, qısa vaxtda bağlardan 168 ton fındıq yığılıb. Fermerlər və fiziki şəxslər toplanan məhsulu birbaşa satışa çıxarırlar.

Qeyd edək ki, İsmayıllının torpaq-iqlim şəraiti fındıqçılığın inkişafı üçün çox əlverişlidir. Son illər bölgədə yeni fındıq bağlarının salınması istiqamətində ciddi işlər görülüb və görülməkdədir. Hazırda bağların sahəsi 2019 hektara çatdırılıb ki, bunun da 2004 hektarı 2016-cı ildən sonra salınıb. Rayonda 87 hektar barverən fındıq bağı var. Ötən il bağlardan 281 ton fındıq götürən bağ sahibləri cari ildə bu göstəricinin 300 tona çatacağını gözləyirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)