Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. "ENA" xəbər verir ki, avronun məzənnəsi 0,82% geriləyərək 2,0074 manat, Rusiya rublunun məzənnəsi isə 2,6% azalaraq 0,0225 manat təşkil edib.