"Günay Sığorta" işçi axtarır - MAAŞ 800-1000 MANAT
"Günay Sığorta" ASC bu vəzifə üzrə işçi axtarır - VAKANSİYA
Vəzifə: Korporativ satış üzrə baş mütəxəssis
Namizədə tələblər:
Müştəriyönümlü, gülərüz, məsuliyyətli, özünə inamlı , yüksək maddi gəlir əldə etmək istəyən;
Yaş: 20-40;
Cins: Kişi;
Təhsil: Ali;
Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq (rus dilini bilmək arzu olunandır);
İş təcrübəsi: 2 il.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Mövcud Korporativ müştərilərlə əlaqələri möhkəmləndirmək;
Korporativ satış planını yerinə yetirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
Tenderlərdə iştirak etmək.
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 800-1000 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni hr@gunaysigorta.az ünvanına göndərsinlər.