Sosial iqtisadiyyat

“Aqrar Tədarük və Təchizat”dan “Azərbaycan Sənaye Korporasiyası”na transfer

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Hüquq departamentinə direktor müavini təyin edilib.

ENA.az xəbər verir ki, bu vəzifə Toğrul Quluzadəyə həvalə olunub.

O, bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin Hüquq departamentinin direktoru olub.

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)