Tenderlər

Kapitalı 1,6 manat olan şirkət – YARIM MİLYONLUQ TENDER UDDU

Lerik rayon İcra Hakimiyyəti məktəb tikintisi üçün elan etdiyi tenderin qalibini açıqlayıb.

ENA.az xəbər verir ki, tenderi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti qazanıb.

İcra hakimiyyəti Lerik rayon Boykəndil kəndində 180 şagird yerlik tam orta məktəb binasının tikintisi üçün şirkətə 535,6 min manat ödəyəcək.

Qeyd edək ki, "Elnur-2" şirkəti 11 fevral 1994-cü ildə 1,6 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Zaur Abıyev Niyaz oğludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)