Sağlamlıq

Fransada 21 departament “qırmızı zona” elan edildi, küçədə maska taxmaq məcburi oldu

Fransada COVID-19 infeksiyasına yoluxma sayında antirekord qeydə alınıb. Ölkədə son sutka ərzində 6 111 yeni yoluxma faktı təsdiqlənib.

Bu haqda Səhiyyə Baş İdarəsi (DGS) məlumat verib.

Bildirilib ki, Fransada yeni koronavirusa yoluxanların ümumi sayı 259 698-ə çatıb. Son 24 saat ərzində ölkədə 22 qrup yoluxması aşkarlanıb.

Xəstəxanalarda 4 535 xəstədən 381-i ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Epidemiya başlayandan ölkədə 30 576 ölüm faktı qeydə alınıb ki, onlardan 20 min 70-i xəstəxanalarda, 10 506-sı isə qocalar evlərində baş verib.

Qeyd edək ki, avqustun 26-dan Fransanın 21 departamenti “qırmızı zona” elan edilib. Ölkənin bir çox şəhərlərində, eləcə də Parisdə küçədə maska taxmağın məcburi olduğu rəsmi olaraq bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)