Azərbaycandakı karantin tədbirləri biznes və istehlak kreditlərini "vurdu" - DİNAMİKA
2020-ci ilin əvvəlində prezidentin tənqidindən sonra bank sektorunda istehlak kreditlərinin azalması tendensiyası başladı. Əvəzinə isə biznes və ipoteka kreditlərinin həcmində artım diqqət çəkir.
ENA.az xəbər verir ki, bu ilin yeddi ayında istehlak kreditlərinin pik həddi fevarlda qeydə alınıb – 4 milyard 410 milyon manat.
Mart-iyul aylarında isə portfelin həcmi 17% və ya 734 milyon manat azaldı.
Lakin mart ayından başlayaq biznes kreditlərinin həcmində artım daha sürətləndi və mart ayında bu portfelin həcmi 9 milyard 366 milyon manata yüksəldi.
Pandemiya ilə bağlı karantin tədbirləri nəticəsində ən böyük tənəzzül məhz biznes kreditlərində qeydə alındı. Aprel ayından başlayaraq portfelin kiçilməsi prosesi gedir və aprel-iyul aylarının nəticələrinə görə, biznes kreditlərinin həcmi 7,8% və ya 737,8 milyon manat azalıb.
Karantin müddətində tikinti sektorunun dayanmaması məqsədilə ipoteka kreditləşməsi aktivləşdiyindən bu portfeldə artım dinamikası davam edir və yeöanə portfeldir ki, COVİD-19 böhranı vurmadı. Rəqəmlərlə ifadə etsək, ilin əvvəlində bu portfelin həcmi 1 milyard 794 milyon manat təşkil edirdisə, iyulun sonunda 1 milyard 900 milyon manata çatıb.
Tarix |
biznes kreditləri |
istehlak kreditləri |
ipoteka kreditləri |
31.12.2019 |
9,031.6 |
4,075.3 |
1,794.0 |
31.01.2020 |
9,204.7 |
4,117.0 |
1,794.7 |
29.02.2020 |
9,320.0 |
4,140.0 |
1,839.0 |
31.03.2020 |
9,365.7 |
3,997.5 |
1,869.5 |
4/30/2020 |
9,086.2 |
3,813.6 |
1,842.4 |
5/31/2020 |
8,803.5 |
3,732.4 |
1,825.1 |
30.06.2020 |
8,623.7 |
3,684.0 |
1,862.1 |
31.07.2020 |
8,627.9 |
3,676.3 |
1,900.3 |