Hesabatlar

Azərbaycanda pul kütləsi, manatın dövretmə sürəti azalıb

Bu ilin yeddi ayında Azərbaycanda pul kütləsi 7,5 faiz azalıb. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə,  1 yanvar 20200ci il tarixinə ölkədə pul kütləsinin ümumi həcmi 28 milyard 866 milyon manat təşkil etmişdisə, 1 avqust 2020-ci il tarixinə bu göstərici 26 milyard 711 milyon manata düşüb. Pul kütləsinin azalması bu ilin mart ayından başlayıb və ən aşağı göstərici iyun ayında – 26 milyard 213 milyon manat qeydə alınıb.

Pul kütləsinin azalması ilə yanaşı manatın dövretmə sürəti də düşüb. Ötən ilin sonuna dövretmə sürəti 4.48 olsa da, iyulun sonunda bu göstərici 3.83-ə enib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)