Səfər Mehdiyev 300 dollara qədər olan limitdən danışdı - VIDEO
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev REAL televiziyasına müsahibəsində Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərdən danışıb.
ENA.az xəbər verir ki, sədr bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan məsələni izah edib.
O bildirib ki, qərarın 2.1.4-cü bəndi ilə bağlı yanlış anlaşılma baş verir:
"Qərarda “bir dəfə” ifadəsi istifadə olunarkən, yəni vətəndaş üçün hər dəfə 10 partiya mal gəlibsə, 10 dəfə təkrar-təkrar bəyannamə verməsin deyə hər təqvim ayında 1 dəfə 300 dollar limitini qoymuşuq. Yəni vətəndaş 300 dollar həcmində poçt göndərişləri vasitəsilə elektron ticarət hüquqları əldə edir. 300 dollardan artıq olan məbləğdə isə gömrük rüsumlarını və vergilərini ödəmiş olur. Hər təqvim ayında bir dəfə ifadəsi yanlış anlaşılmalara səbəb olur. Bu qərar qüvvəyə mindiyi gündən 1 ay ərzində 300 dollar istər bir dəfə, istər beş dəfə bəyan edə bilərlər. Partiyanı gömrük anbarında saxlayıb bir dəfəyə də bəyan edə bilərlər, partiyalar 3 dəfə gəlibsə, 3 partiyanın hər birində birində 100 dollarlıq, ikincisində 100, üçüncüsündə 100 dollarlıq mal gəlibsə, 3 partiyanın üçündə də sadələşdirilmiş bəyannamə vermək şərti ilə yenə gömrük rüsumlarından azad olunur".
Həmin videonu təqdim edirik: