Sənaye

Bu ilin altı ayında fransız ətirlərinə 2,6 milyon dollar xərcləmişik

2020-ci ilin birinci yarısında Azərbaycana 7 milyon 930.33 min dollar dəyərində 719,19 ton ətir və tualet suları gətirilib. ENA.az xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə bu göstərici kəmiyyət baxımından 14,9% artsa da, xərclənə pul baxımından 10.4% azalıb.

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Fransadan 2 milyon 576.69 min ABŞ dolları dəyərində 33.43 ton ətir və tualet suyu alıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə ətirlərə çəkilən xərclərin 26.4% azalması deməkdir.

Bu sahədə ən böyük tədarükçülər isə bunlardır: Rusiya (1 milyon 78.55 min dollara 159.57 ton), İspaniya (587.91 min dollar üçün 17.77 ton), Çin (582.69 min dollara 260.7 ton) , İtaliya (665.22 min dollara 10.27 ton), Türkiyə (6.99.45 min dollara 105.31 ton), Polşa (679.16 min dollara 59.4 ton), BƏƏ (344,16 min dollara 27.8 ton), Böyük Britaniya (290.93 min dollara 2.13 ton).

Digər tədarükçülərin siyahısına daxildir: Belarusiya, Ukrayna, Almaniya, ABŞ, Bəhreyn, Çexiya, Avstriya, Hindistan, İran, İsveç.

Xəbər verildiyi kimi, 2019-cu ildə Fransadan bu məhsulların idxalına 7 milyon 99.47 min dollar xərclənmişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)