Birja

"Dollar ucuzlaşmaqda davam edəcək, amma mövqeyini itirməyəcək"

Dünya bazarlarında zəifləyən dolların dəyər itirməsi prosesi davam edə bilər. Ancaq analitiklərin fikrincə, dolların ehtiyat valyuta imicini itirməsi ehtimalı çox azdır.

ABŞ dolları mart ayının ortalarında son 3 il yarımda ən yüksək səviyyəyə çatmışdı. Buna səbəb  koronavirus pandemiyası üzündən investorların daha güvənli investisiya aləti kimi qızılla bərabər dolları seçməsi idi. Lakin CNBC-nin hesabatına görə, ABŞ-ın iqtisadi baxımdan tezliklə yenidən dirçəlməsi ilə bağlı sual işarətləri çoxaldığından dollar ucuzlaşmağa davam edir. Dollar, eyni zamanda, ölkənin artan büdcə kəsirinə və faiz dərəcələrinin daha uzun müddət aşağı qalma ehtimalına uyğun olaraq bahalaşmayacaq kimi görünür.

Qlobal dollar indeksi ötən həftə 92,477 bəndlə 27 aylın ən aşağı səviyyəsinə enib. Mart ayında indeks kəskin düşdü. Bu kəskin enişdən sonra qlobal dollar indeksi son bir həftədə 92 ilə 93 arasında dəyişdi. Bazar ertəsi günü isə indeks 93.150 səviyyəsində seyr edilir.

JP Morganın analitiki Patrick Schjowitz bildirib ki: “Avrozona və Yaponiyaya görə, ABŞ iqtisadiyyatının ən azı bir neçə il ərzində kişilməsi demək olar ki, aydın görünür. Bundan əlavə, Avropa Birliyinin yeni 750 milyard avroluq xilasetmə fondu investorlara alternativ olaraq avroya daha çox inam yaradır". 

Bununla belə analitiklər hesab edirlər ki, son vaxtlar dünya ehtiyat valyutası qismində dolların statusunu itirə biləcəyi qorxusu yaranıb. Dolların ucuzlaşmasından danışmaq "çox şişirdilmişdir", - deyən "Capital Economics"in baş iqtisadçısı Jonas Goltermanın sözlərinə görə, dollar üzərində ayı bazarı tərəfdarları son bir neçə ildə qlobal valyuta ehtiyatlarındakı dollar payının azalmasına işarə edir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, ümumi qlobal ehtiyatlarda dolların payı 2017-ci ilin birinci rübündə 64,7% -dən 2020-ci ilin birinci rübündə 62% -ə düşüb. 2019-cu ilin son rübündə bu nisbət 60,9% təşkil edib.

"Bəlkə də daha önəmlisi, dollara başqa bir alternativ yoxdur. Avro zonası və Çin, ABŞ-dan daha kiçikdir və onların valyutasının ehtiyat valyutalar olmasına qarşı əhəmiyyətli çatışmazlıqlar var”, - deyən Golterman dolların hələ bir müddət öz mövqeyini qoruyub saxlayacağını qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)