Bank

Banklarda olan nağd pulların və qiymətli kağızların - DİNAMİKASI- İNFOQRAM

Azərbaycanın bank sektorunda nağd vəsaitlərin həcmi azalsa da, depozit hərraclarına çıxarılan manatın həcmi azalmır. Hətta ötən həftə hərrac üzrə Mərkəzi Bankın 100 milyon manat təklifi fonunda tələb təklifi 5 dəfə üstələdi.

ENA.az xəbər verir ki, bank sektorunda nağd vəsaitlərin həcmi bu ilin mart ayında pik həddə olub - 1 milyard 785 milyon manat. İyulun 1-nə isə nağd vəsaitlərin həcmi 1 milyard 387 milyon manata düşüb.    

Buna baxmayaraq, depozit hərracına çıxarılan manat kütləsinin yenə də bir neçə dəfə yüksək olması bankların kreditləşmədən çəkildiyini göstərir. Mərkəzi Bankın keçirdiyi hərraclarda yüksək aktivlik var. Çünki banklar əlində pulu yerləşdirmək üçün risksiz alətlərə yönəliblər. Dollarla olan əmanətlərin əksəriyyətini banklar 1%-lə götürüblər. Banklar onu manata çevirib 6-7% ilə qiymətli kağızlara yerləşdirirlər və beləliklə sıfır risklə rahatca 4-5% gəlir götürürlər.

Ekspertlər hesab edir ki, getdikcə əmanətlər geri çəkildikcə likvidlik aşağı düşəcək və qiymətli kağızlara yatırım azalacaq. Hazırda qiymətli kağızlara sərmayələr 20%-i ötüb. Əvvəllər aktivlərin 60%-i kreditlərdə idisə, ondi bu göstərici 40-41%-ə düşüb. Məzənnənin sabitliyi bankların manevr etməsinə imkan verir. 

 

 

 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)