Bank

“Muğan Bank” investisiya şirkəti yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.

Yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi isə Zahir Dünyamalı oğlu Abdullayevdir.

Xatırladaq ki, “Muğan Bank” bir qədər əvvəl lizinq şirkəti də yaratmışdı. “Muğan Lizinq” MMC də sözügedən ünvanda qeydiyyata alınmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)