Azərbaycan fındığını hansı ölkələr alır? - SİYAHI, QİYMƏTLƏR
2020-ci ilin ilk yarımilliyində Azərbaycandan xaricə 8 min 579.9 ton həcmində qabığı təmizlənmiş meşə fındığı ixrac edilib. İdxal edilmiş bu məhsula görə ölkəmizə 54 milyon 479.7 min ABŞ dolları həcmində valyuta daxil olub. Bu məhsul üzrə ölkəmizə daxil olan valyutanın həcmi azalıb. Bildirməliyik ki, 2019-cu ilin müvafiq dövründə xaricə ixrac etdiyimiz qabığı təmizlənmiş fındığın həcmi 12 min 248.4 ton təşkil etməklə, ölkəyə 67 milyon 867.25 min ABŞ dolları həcmində valyuta daxil olmuşdu.
Azərbaycan fındığının əsas alıcısı Rusiya Federasiyası olaraq qalır. RF-nin ümumi bu məhsul üzrə payı 2019-cu ilin müvafiq dövründə 39% təşkil etdiyi halda, cari ildə 47%-ə çatıb. Belə ki, ölkəmizdən RF-yə bu il 4 min 54.5 ton həcmində, və ya 24 milyon 187.1 min dollarlıq fındıq satılıb. İkinci sırada İtaliya (24%) ölkəmizdən 2 min 100 ton həcmində meşə fındığı alıb ki, idxal dəyəri 14 milyon 726.1 min ABŞ dolları təşkil edir. Lakin, öncəki ildə Azərbaycanın əsas fındıq alıcısı kimi İtaliya 33.6%payla idi.
Üçüncü sırada isə Almaniya (10%) durur. Ölkəmizdən bu ölkəyə 871.5 ton və ya 6 milyon 313.3 min dollarlıq fındıq satılıb.