Hadisə

Daha bir icra hakimiyyətində əməliyyat keçirilir, saxlanılanlar var

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

ENA.azxəbər verir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

*******

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

Virtualaz.org yazır ki, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.

Kürdəmir İcra Hakimiyyətində əməliyyat keçirilir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department