Sənaye

Rusiya "Şimal axını-2"nin tikintisini qorumaq üçün HƏRBİ GƏMİLƏRİ CƏLB ETDİ

Rusiya Federasiyası, mümkün təxribatlara görə, "Şimal axını-2"nin tikintisi çərçivəsində gəmilərin təhlükəsizliyi üçün döyüş gəmilərini əraziyə gətirib. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov bildirib ki, "Şimal axını-2"nin inşasında iştirak edən Rusiya boru kəmərlərinin təhlükəsizliyini Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə təmin edib.

"Bu tədbir ayrı-ayrı dövlətlər tərəfindən təxribatçı hərəkətlər təhlükəsi ilə əlaqədardır", - deyə Popov qeyd edib.

"Qazprom"un açıqlamasına görə, avropalı podratçılar tərəfindən boru kəmərinin tikintisi ABŞ-ın sanksiyaları səbəbindən dayandırılıb: "Demək olar ki, 94% tamamlanan Şimal axını -2" layihəsinin qalan hissəsi Rusiya tərəfindən icra olunacaq".  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)