Kapitalı “yeyən” bölüşdürülməmiş mənfəət – 26 BANK ÜZRƏ RENKİNQ
Bankların il ərzində açıqladıqları mənfəət və zərər toplanaraq bölüşdürülməmiş mənfəətdə öz əksini tapır. Bölüşdürülməmiş mənfəətin olması bankın maliyyə dayanıqlığını artırır, səhmdarlara əlavə dividend qazandırırsa, "bölüşdürülməmiş mənfəət" qrafasında zərərin toplanması isə əksinə səhmdar kapitalının “yeyilməsi” deməkdir.
Ən şox mənfəəti toplanan banklar
ENA.az olaraq Azərbaycanda fəaliyyət göstərən 26 bankın bölüşdürülməmiş Mənfəəti (Zərəri) üzrə renkinqini təqdim edirik.
Cədvələ əsasən, bölüşdürülməmiş mənfəət üzrə TOP-5 banklar bunlardır: Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Xalq Bank, Azərbaycan Sənaye Bankı. Azərbaycanın dövlət bankı olan ABB-nin 2019-cu ilin 3-cü rübünün sonuna 171 milyona yaxın bölüşdürülməmiş mənfəəti toplanmışdı və görünür ki, bank dividend ödənişi etdiyindən hazırda cəmi 118 milyon manat bölüşdürülməmiş mənfəətə sahibdir. Eləcə də bəzi digər banklar dividend ödənişi etdiyindən bölüşdürülməmiş mənfəətdə böyük artım qeydə alınmır.
Ən çox zərəri toplanan banklar
Renkinq üzrə Azərbaycanda bölüşdürülməmiş mənfəətdə zərərin məbləğinə görə TOP-5 bankın sıralaması ilə belədir: Yelo Bank, VTB -Azərbaycan ASC, Accessbank QSC, Unibank ASC, Bank Melli İran Bakı filialı.
Bankın böyük zərər göstərməsi isə qeyd etdiyimiz kimi onun kapitalını azaldır. Nümunə üçün qeyd edək ki, VTB -Azərbaycan ASC-nin nizamnamə kapitalı 315 milyon 815 min manat olduğu halda məcmu kapitalı cəmi 59 milyon 473 min manatdır. Və ya Yelo Bankın nizamnamə kapitalı 348 milyon manat olduğu halda, zərərlə işləməsi onun məcmu kapitalı 54 milyon manat təşkil edir.
Bankların Mənfəət/Zərər üzrə Renkinqi:
YERİ |
Renkinq sırası |
Banklar |
Bölüşdürülməmiş Mənfəət (Zərər), min AZN |
Vergilər ödəniləndən sonra təmiz mənfəət (Zərər) (min AZN) |
Məcmu kapital (min AZN) |
|
2 |
1 |
Kapital Bank ASC |
248 877 |
170 556 |
487 150 |
|
1 |
2 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
118 598 |
118 479 |
1 350 861 |
|
4 |
3 |
Paşa Bank ASC |
88 777 |
28 923 |
440 000 |
|
3 |
4 |
Xalq Bank ASC |
46 034 |
17 179 |
426 799 |
|
12 |
5 |
Azərbaycan Sənaye Bankı ASC |
36 317 |
3 368 |
99 380 |
|
23 |
6 |
Ziraat Bank Azərbaycan ASC |
19 750 |
1 747 |
69 667 |
|
17 |
7 |
Bank Avrasiya ASC |
16 437 |
- 1 578 |
67 295 |
|
24 |
8 |
NaxçıvanBank ASC |
9 969 |
4 079 |
88 155 |
|
21 |
9 |
Premium Bank ASC |
9 020 |
7 600 |
178 156 |
|
8 |
10 |
Bank of Baku ASC |
7 984 |
5405 |
79 264 |
|
22 |
11 |
AzFinance Bank ASC |
3 528 |
3 222 |
77 165 |
|
10 |
12 |
Yapı Kredi Bank Azərbaycan ASC |
24 |
472 |
73 324 |
|
16 |
13 |
Azər-Türk Bank ASC |
4 |
26 |
50 666 |
|
26 |
14 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
- 563 |
- 233 |
9 449 |
|
13 |
15 |
Turanbank ASC |
- 928 |
1 117 |
78 583 |
|
14 |
16 |
Expressbank ASC |
- 1 516 |
6 641 |
117 503 |
|
18 |
17 |
Günaybank ASC |
- 1 851 |
618 |
||
19 |
18 |
BTB ASC |
- 5 950 |
-107 |
63 109 |
|
7 |
19 |
Bank Respublika ASC |
- 6 640 |
4 484 |
89 863 |
|
15 |
20 |
Rabitəbank ASC |
- 10 880 |
1 774 |
105 380 |
|
9 |
21 |
Muğanbank ASC |
- 24 334 |
-1 881 |
||
25 |
22 |
Bank Melli İran Bakı filialı |
- 36 557 |
462 |
50 846 |
|
5 |
23 |
Unibank ASC |
- 38 184 |
9 095 |
84 857 |
|
6 |
24 |
Accessbank QSC |
- 171 859 |
1 053 |
77 542 |
|
20 |
25 |
VTB -Azərbaycan ASC |
- 256 810 |
1 545 |
59 473 |
|
11 |
26 |
Yelo Bank ASC |
- 298 954 |
-13 583,00 |
54 127 |