Pakistan Azərbaycana “ağıllı” bombalar ixrac edəcək
Pakistan hərbi-sənaye kompleksi yaxın vaxtlarda Azərbaycana "ağıllı" aviabombaların ixracını həyata keçirəcək.
"BI" xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Sənayesi Nazilriyinə yaxın "AzeriDefence" nəşri bildirib.
Mənbənin məlumatına görə, bunu Pakistanın GIDS (Global Industrial & Defence Solutions) dövlət şirkətinin nümayəndəsi noyabrın 27-30-da Karaçidə keçirilən İDEAS-2018 sərgisi zamanı deyib.
Müxtəlif təyinatlı aviasiya bombaları və yönləndirmə dəstlərinin Azərbaycan HHQ-yə təqdimatı keçirilib.
Bu aviasiya bombaları uzaq məsafədən düşmənin möhkəmləndirilmiş sığınacaqlarını, xüsusilə də betondan düzəldilmiş sığınacaqlarını dəqiqliklə məhv etməyə imkan verir. Bombalar həm NATO, həm də Rusiya standartlarına uyğun təyyarələrdən atıla bilir.
GFIDS nümayəndəsi qeyd edib ki, Pakistan Azərbaycanın hərbi - sənayesi kompleksi ilə əməkdaşlıq etməyə hazırdır.