Vakansiyalar

"Azerbaijan Fish Farm" işçilər axtarır - MAAŞ 1000-1500 MANAT

İstehsalat üzrə köməkçi 

Namizədə Tələblər:

 Biologiya, Kimya, Geologiya ixtisası üzrə ali təhsil mütləqdir
 Mükəmməl səviyyədə azərbaycan, rus dili və ingilis dili arzuolunandır
 Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;

Vəzifə üzrə öhdəliklər:

 AFF-ə aid balıqçılıq təsərrüfatlarında balıqartırma və balıqyetişdirmə üzrə işləri təşkil edir.
 Balıqartırma və balıq yetişdirmə məsələləri üzrə aparılan işlərin yerli və beynəlxalq normativlərə və biotexnologiyalara uyğunluğunu yoxlayır və bu məsələ ilə bağlı məsləhətlərini verir.
 Təsərrüfatlarda müxtəlif növ və yaş qrupuna aid balıqların artırılması, böyüdülməsi və yetişdirilməsində istifadə olunan biotexniki normativlərə riayət olunmasına nəzarət edir.
 Balıqların yemlənməsi və yem rasionun hazırlanması üzrə məsləhətlər verir.
 Balıqların təsərrüfatlar arasında yerləşdirilmə proseslərinə nəzarət edir.
 Bütün balıqçılıq təsərrüfatlarına texniki və peşəkar məsləhətləri ilə dəstək verir.
 Təsərrüfatların fəaliyyətini təmin edən bioloji əsaslandırmaların hazırlanmasında və həyata keçiriləməsində iştirak edir.

İş şəraiti:

 AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
 İş vaxtı: 5 günlük, istirahət günü: şəmbə, bazar
 Əmək haqqı: 1500 AZN

Vakansiyaya müraciət üçün CV-ri “İstehsalat üzrə köməkçi” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

***

Hidro-Kimyaçı mühəndis

Namizədə Tələblər:

 Kimya, Biokimya, Ekologiya sahələri üzrə ali təhsil mütləqdir
 1-3 il bu sahədə iş təcrübəsi
 Mükəmməl Azərbaycan dili, rus dili və ingilis dili arzuolunandır.
 Hidrokimyəvi müayinələr üzrə müasir metodlardan istifadə, hidrokimyəvi nəzarət üçün cihazlardan istifadə, ətraf mühit, laboratoriya avadanlıqlarından istifadə haqqında sertifikatlar;

Vəzifə üzrə öhdəliklər:

 Su təchizatı mənbələrində və su kənarlaşdırma sistemində suyun keyfiyyətinin qiymətləndirilməsi
 Balıqların artırılması və yetişdirilməsi üçün qurğularda mühitin hidrokimyəvi parametrlərinin izlənməsi və cihazlarından məlumatların qeydiyyatı
 Hidrokimyəvi cihazların tənzimlənməsi və kalibrlənməsi
 Balıqlar üçün su tutarlarında, hovuzlarda və qurğularda su mühitinin lazımi parametrlərinin tənzimlənməsi və lazımi səviyyədə saxlanılması
 Hidrokimyəvi ölçmələrin qeydiyyatının aparılması

İş şəraiti:

 AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
 İş vaxtı: 5 günlük, istirahət günü: şəmbə, bazar
 Əmək haqqı: 1000-1200 AZN

Vakansiyaya müraciət üçün CV-ri “Hidro-Kimyaçı mühəndis” mövzusu ilə hr@azfish.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department