Birja

FED rəqəmsal pul üzərində işləyir

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) İdarə Heyətinin üzvü Lael Brainard, rəqəmsal pulla əlaqədar maraqlı bir açıqlama verib. Brainard, dolların dünya maliyyə bazarında rolunu nəzərə alaraq FED-in rəqəmsal valyutalar üzərində araşdırma apardığını vurğulayıb.

"FED fəal mühasibat texnologiyaları və rəqəmsal valyutaların istifadəsi ilə əlaqədar araşdırma və sınaq keçirir" - deyə Brainard bildirib. 

Bu kontekstdə nağd pulların rəqəmsal ekvivalentini təqdim etmək üçün innovativ texnologiyaların tədqiq olunduğunu deyən Brainard rəqəmsal valyutaların imkanlarını, çətinliklərini və istifadə imkanlarını nağd pula müqayisədə qiymətləndirməyə davam etdiklərini söyləyib. 

Brainard, ABŞ dollarına güclü tələbin davam etdiyini diqqətə çatdıraraq, xalqa müxtəlif ödəmə seçimlərini əldə etmək imkanı verdiklərini və bunun davam edəcəyini vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)