Prezidentdən “SOCAR” və “Azərsu”ya tapşırıq
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.
ENA.az xəbər verir ki, sərəncam bu gün, 12 avqust 2020-ci il tarixində imzalanıb.
“Azərsu” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etsinlər” – deyə, sərəncamda deyilir.
Eləcə də, bu məqsədlə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.