Bank

“Bank VTB (Azərbaycan)”da komitə sədri dəyişdi – TƏYİNATLAR

“Bank VTB (Azərbaycan)” ASC komitələrinin üzvlərinin siyahısını yeniləyib. 

ENA.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanda maliyyə sektorunda son 6 ayda bir çox yerlərdə vəzifə tutan Rəşad Rəsullu, “Bank VTB Azərbaycan”dan da uzaqlaşdırılıb. O, bu bankda Riskləri idarəetmə komitəsinin sədri vəzifəsində idi.

Rəşad Rəsullu – “Ata Sığorta” ASC-də və Amerikanlara satılan Monteneqrodakı Azərbaycan bankında Diektorlar Şurasının üzvi vəzifəsində idi. O bu ilin martından etibarən maliyyə sektorunda vəzifə aldığı qurumlarda yalnız istefa xəbərləri ilə yadda qalıb.

R.Rəsullunun yerinə isə Tsaryov Sergey Vladimiroviç təyin edilib.

Həmin komitədə daha bir şəxs – Mirzəzadə Vüqar, Səlimzadə Leyla ilə əvəzlənib. Eləcə də Riskləri idarəetmə komitəsinin məsul katibi olmuş Rüfət Sultanovun yerinə Fəranə Heydərova seçilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)