Vakansiyalar

"TuranBank" işçi axtarır - VAKANSİYA

Vəzifə: Kredit riskləri bölməsinin rəhbəri

İşə götürən: TuranBank ASC
Şəhər: Bakı
Yaş həddi: 25-35

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Bankın risk menecment, kredit və audit bölmələrində 3 il və daha çox iş təcrübəsi;
• Problemi həll etmək bacarığı;
• Analitik düşüncə, müxtəlif hesabatları hazırlama və təhlil etmə bacarığı;
• İşə yaradıcı yanaşmaq və yeni ideyaları yaratmaq bacarığı;
• İşdə düzgünlük, operativlik;
• Komandada işləmə bacarığı;
• Ünsiyyət qurma qabiliyyəti;
• Məsuliyyətlilik, diqqətcillik;
• Rus və İngilis dillərində yazma, oxuma və başa düşmə bacarığı (Beynəlxalq sertifikat və ya diplomları olan olan namizədlərə üstünlük veriləcək);
• Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma.

Vəzifə öhdəlikləri:

• Kredit reytinq və skorinq sistemlərinin fəaliyyətini qiymətləndirilməsində (nəzarətdə) iştirak etmək;
• Risk Xəritəsinin hazırlanmasında iştirak etmək;
• Kredit risklərinin müəyyənləşdirilməsi və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi və hesabatların hazırlanması;
• Müvafiq olaraq kreditləşmə üzrə skorinq, bonus sistemi və problemli kreditlər üzrə adekvat təqib modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• İri həcmli məlumat bazası ilə işləmək;
• Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
• Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlər üzrə ehtiyyatların yaradılması;
• Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
• Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.

Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit riskləri bölməsinin rəhbəri” yazmağı unutmayın.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department