Tenderlər

10 manatlıq şirkət 2 milyon manatlıq tenderdə QALİB OLDU

Bakı Nəqliyyat Agentliyinin elan etdiyi 2 milyon manatlıq tenderin qalibi “Techmaster” Məhdud Məsuliyyətli Cəmiyyət olub.

ENA.az xəbər verir ki, tenderdə Svetofor məntəqələri və həmin məntəqələr üzrə müvafiq işlərin görülməsi, avadanlıqların və mal-materialların daimi olaraq işlək vəziyyətdə saxlanılması üçün aylıq texniki xidmətin göstərilməsi, habelə mövcud svetofor məntəqələrinin yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işlərinin görülməsi məqsədilə mal, iş və xidmətlər nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 2 milyon 69 min 545 manatdır.

Bildirək ki, “Techmaster” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Sərdar Həsənov Əbülfət oğludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)