MALİYYƏ

Çin koronavirusla mübarizəni maliyyələşdirmək üçün 144 mlrd. dollarlıq istiqraz buraxıb

Çin hakimiyyəti koronavirusla mübarizəni maliyyələşdirmək üçün 1 trilyon yuan (indiki məzənnə ilə təxminən 144 milyard dollar) dəyərində xüsusi dövlət istiqrazlarını buraxıb. Banker.az xəbər verir ki, bu barədə cümə axşamı ÇXR-in maliyyə naziri Liu Kun məlumat verib.

“İyul ayının sonunda koronavirusla mübarizəni maliyyələşdirmək üçün 1 trilyon yuan dəyərində istiqraz buraxılışını başa çatdırdıq, – nazir qeyd edir. – Bu məbləğdən 510,5 milyard yuan (təxminən 73,5 milyard dollar) 24,1 mindən çox obyektin fəaliyyətini dəstəkləmək üçün istifadə edilib”.

Liu Kunun bildirdiyi kimi, bu vəsait əsasən xüsusi infrastrukturun yaradılması və inkişafı, habelə epidemioloji təhlükəsizliyin təmin edilməsinə xərclənir.

Statistikaya görə, Çində koronavirusa yoluxanların 93,52%-i sağalıb. 2019-cu ilin dekabr ayından 84,5 min nəfər, son yeddi gün ərzində isə 364 nəfər yoluxub. Qeyd edək ki, aprelin 15-dən bəri ölkədə ölüm halları olmayıb (ölüm nisbəti 5,48% təşkil edir).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)