“Forbes” “TikTok”da ən çox qazananların adlarını açıqladı
Amerikanın “Forbes” jurnalı “TikTok”un köməyi ilə daha çox qazanan istifadəçilərin siyahısını təqdim edib.
ENA.az xəbər verir ki, siyahıda birinci yeri ABŞ-ın Luiziana ştatından 19 yaşlı Edison Rey İsterlinq tutub. O, 12 ay ərzində “TikTok”un köməyi ilə təxminən 5 milyon ABŞ dolları qazanıb. Edison Rey İsterlinqin 54 milyon çox abunəçisi var.
Qeyd edilir ki, o “American Eagle” geyim istehsalçısı və “Spotify” internet-xidməti ilə geyiminin “TikTok”un sayəsində razılaşmalar imzalayıb.
Siyahıda ikinci və üçüncü yerdə müvafiq olaraq Los-Ancelesdən (Kaliforniya ştatı) Çarli və Diksi D Amelio bacıları tutub. Birinci qız 4 milyon ABŞ dolları, ikinci isə 2,9 milyon ABŞ dolları qazanıb.