Vakansiyalar

Şirkət işçi axtarır - MAAŞ 1000-1200 MANAT+BONUS

Aqrar İnnovasiya və Təchizat Şirkəti 

Vəzifə: Korporativ Satış Meneceri

Əsas vəzifə öhdəlikləri

- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
- Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi

Namizədə dair tələblər:

- Ali təhsil (Marketinq, satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi)
- İş təcrübəsi: Korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması
- Yaş həddi - 27-40
- Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilməli, İngilis dili arzuolunandır
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli
- Müştəriyönümlü satış etmək bacarığının olması
- Sürücülük vəsiqəsi (B,BC kateqoriya )
- Liderlik keyfiyyətlərinə malik olmalı

İş şərtləri:

- Bazar ertəsi – Cümə: 8:30 - 17:30, Şənbə : 10.00 – 16.00
- Əmək haqqı: 1000-1200 AZN + bonus. (Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir)
- Korporativ nömrə, yanacaq şirkət tərəfindən təmin edilir.

Maraqlanan namizədlər mövzu yerində “Korporativ Satış Meneceri” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər.
Elektron poçtun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Korporativ Satış Meneceri) göstərin.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department