Sənaye

Dövlət Neft Fonduna AÇG-dən gəlirlər ikiqat düşüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin yanvar-iyul ayları ərzində iki yataqdan daxil olan gəlirlərin həcmi açıqlanıb.

ENA.az bu barədə ARDNF-ə istinadla bildirir.

Açıqlamaya əsasən, ölkənin suveren fondu ARDNF-ə 2020-ci ilin ilk 7 ayı ərzində Azəri-Çıraq-Günəşli yatağından 2 mlrd. 485 mln. ABŞ dolları həcmində gəlir daxil olub. Bu isə 2019-cu ilin eyni dövründə 5 mlrd. 160 mln. ABŞ dolları həcmində vəsaitin daxil olmasını nəzərə alsaq, bu 2.1 dəfə az olması deməkdir.

Fond, 2020-ci ilin yanvar-iyul ayları ərzində Şahdəniz yatağından qaz və kondensatı üzrə 215.5 mln. ABŞ dolları gəlir əldə olunmuşdu. Bu isə öncəki illə müqayisədə 3.1% artım deməkdir.

Azəri-Çıraq-Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı.

Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkәti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department