Dövlət Vergi Xidməti 900 min manata “E-Portal”ı təkmilləşdirəcək
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Cybernet” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, müqavilədə Elektron Portalın (E-Portalın) təkmilləşdirilməsi (“Reliz-3”) üzrə işlərin görülməsi nəzərdə tutulub.
Müqavilənin məbləği 892 min 180 manatdır.
Bildirək ki, “Cybernet” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 AZN-dir və qanuni təmsilçisi İlham Namazov Bayram oğludur.
Qeyd edək ki, “Cybernet” şirkəti Azərbaycanda İnformasiya Texnologiyası xidmətləri və həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. 2013-cü ildə “İlik İT şirkəti” seçilib, bir sıra beynəlxalq hesabatlarda adı qeyd olunub.