MALİYYƏ

Hesablama Palatası büdcə zərfinə dəyişikliklərə RƏY VERİB

Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformat şəklində baş tutub.

ENA.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, iclasda “2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrinə Hesablama Palatasının rəyləri müzakirə edilib.

Rəylərin Milli  Məclisə təqdim edilməsi qərara alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department