Axtar

İlham Əliyev Şəkidə səfərdə olub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

ENA.az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. İlham Əliyev yolun açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.

Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.

 




Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33