ENA+

Tramp amerikalılara “qızıl əsr” vəd edib

ABŞ prezidenti Donald Tramp amerikalılara ölkənin yeni növ koronavirusa qalib gələcəyini və “qızıl əsrin” başlayacağını vəd edib. Banker.az xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Biz virusu tezliklə məğlub edəcəyik və qızıl dövrə qədəm qoyacağıq – həmişə olduğundan daha yaxşı olacaq”, – lider söyləyir.

Bununla yanaşı, prezident ABŞ şəhərlərindənki etirazçıları “anarxistlər və təşviqatçılar” adlandırıb və qeyd edib ki, Demokratlar Partiyasının namizədi Co Baydenin qarşıdan gələn seçkilərdə qalib gəlməsi bazarların çökməsinə və şəhərlərin yandırılmasına səbəb olacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)