Ən bahalı startapın adı açıqlandı
TikTok istehsalçısı bazarın birincisi olmağa davam edir.
CB Insights Tədqiqat İnstitutu SoftBank Group, General Atlantic və Sequoia-a məxsus olan ByteDance dünyanın ən qiymətli startapı olduğunu bildirib.
Şirkətin maliyə hesabatına görə, Tiktok və onun Çin versiyası olan Douyin tətbiqi bu ilin birinci rübündə dünyada təxminən 315 milyon yüklənmə toplayıb. Şirkət, həmçinin cari ilin aprel ayında yüksək gəlir əldə edib.
Məlumatlara görə, ötən il ByteDance-in gəlirləri 17 milyard dollardan çox, xalis mənfəəti isə 3 milyard dollardan çox olub, indi isə şirkətin xalis mənfəəti 6 milyard ABŞ dollarına çatdığı təxmin olunur.
Hazırda ByteDance tətbiq seriyası hər ay təxminən 1,5 milyard aktiv istifadəçini cəlb edir. TikTok, Douyin və Toutiao tətbiqləri rekord yüklənmə sayına malikdir.
TED.az