Neft bahalaşır - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,03 ABŞ dolları və ya 0,07% artaraq 41,32 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,01 dollar və ya 0,02% artaraq 43,36 dollar təşkil edib.