Vakansiyalar

Agentlik işçi axtarır

Bakı Nəqliyyat Agentliyi Mərkəzləşdirilmiş Vahid Distpeçer Xidmətinə Distpeçer (kiçik mütəxəssis, mütəxəssis) vəzifəsi üzrə işə qəbulla bağlı müsabiqə elan edir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) ENA.az-a verilən məlumata görə, özünü ictimai nəqliyyatın idarə edilməsi sahəsində fəaliyyət göstərən peşəkar, dinamik və daim inkişaf edən komandanın bir üzvü kimi görmək istəyən şəxslər müraciət edə bilərlər.

Müraciətlər 27 iyul tarixindən qəbul olunacaq. Namizədlər öz dolğun CV (kadr-uçot vərəqi, tərcümeyi-hal) məlumatlarını cv@bakuits.gov.az email ünvanına mövzu yerinə “Distpeçer” yazaraq göndərə bilərlər.

İşə qəbul əmək qanunvericiliyinin tələblərinə uyğun təşkil olunacaq. Müsabiqəni uğurla keçən namizədlər əmək bazarına rəqabatli əmək haqqı, karyera inkişafı, bilik, bacarıq və ixtisasını daha da inkişaf etdirə biləcək sağlam iş rəqabətli mühitilə təmin olunacaq.

Müsabiqəyə çıxarılan vəzifələrə dair tələblər və vəzifə funksiyaları barədə məlumatlarla Bakı Nəqliyyat Agentliyinin www.bna.az rəsmi internet səhifəsində tanış ola bilərlər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department