Araz Ağalarov da erməni mallarına QADAĞA QOYDU
Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarov məxsus “Eviniz” ticarət mərkəzləri Ermənistan istehsalı olan konservləşdirilmiş qida, mineral su və spirtli içkiləri satmaqdan imtina ediblər.
ENA.com xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RBK-ya açıqlamasında faktı təsdiqləyib.
“Araz Ağalarova məxsus “Eviniz” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarılıb”, deyə səfir bildirib.
Onun sözlərinə görə, azərbaycanlılara məxsus mağazalar erməni istehsalı olan mürəbbələ, kompot və digər konserv məhsulları, həmçinin mineral su, spirtli içkilər satmaqdan imtina ediblər.