Sığorta

Azərbaycan Sənaye Sığorta”nın rəhbərliyində dəyişiklik olacaq

Avqustun 24-də, saat 11:00-da “Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 122 (Gümüş Plaza) ünvanında yerləşən baş ofisində olacaq. 

Yığıncağın gündəliyinə ASS-nin Direktorlar Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsi daxildir.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)