Vakansiyalar

"Atena Group" işçi axtarır - VAKANSİYA

Vəzifə: SƏTƏM mühəndisi

Şirkət: Atena Qrup QSC

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi, əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiq etmək və həyata keçirmək
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək və təkliflər vermək
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək və tətbiq etmək
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək, uyğunsuzluqlarla bağlı tədbirlər planı hazırlayaraq uyğun vəziyyətə gətirilməsini təşkil etmək
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində və tətbiqində iştirak etmək
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi ilə bağlı mütəmadi və planlı təlim verməli, işçilərin təlim sonrası bilgi səviyyəsi yoxlanılmalı və meydana çıxan məlumatsızlıq olarsa aradan qaldırılmasına köməklik etmək
- Müvafiq peşələri icra edən işçilərin qanunvericiliyin tələbi üzrə sertifikatlaşmasını təmin etmək
- Qulluqçuların, mühəndislərin və texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir, bilgi səviyyəsinin yüksəldilməsinə dair planlı işlər görmək
- Bütün xidmət sahələri və SƏTƏM üzrə təlimatların işlənib hazırlanmasını təmin etməli və tətbiqində yaxından iştirak etmək
- İstehsalatda bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlər və təlimlər həyata keçirməli, Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirləri həyata keçirmək
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürmək
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq (vəzifənin tələbinə uyğun qaydada) hesabat aparmaq
- Əməyin mühafizəsi üzrə mövcud prosedurların effektivliyini qiymətləndirmək müvafiq qanunvericiliyin və müəssisənin tələbləri haqqında işçiləri məlumatlandırmaq
- Işçilərin tibbi müayinədən keçirilmə perioduna nəzarət etməli və periodik tibbi müayinəyə yönləndirilməsini təmin etmək
- Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalarla statistik hesabatların hazırlanmasını təmin etmək və standartın tələbinə uyğun işin qurulmasını təmin etmək
- Müəssisədə qida terroruna (food defence) qarşı tədbirlər planı hazırlmamalı və risklərə qarşı önləyici tədbirlər tətbiq etmək
- Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək
- Əməyin təhlükəsizliyi üçün qanunvericiliyin normaları vəqaydalarına uyğun təlim planının hazırlanması və tətbiq edilməsini həyata keçirmək
- Səs-küy səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, temperature, nəmişlik və başqa istehsal faktorlarının ölüçlməsi və normaya uyğunluğunun periodic təyin edilməsini icra etmək
- Müəssisədə əməyin təhlükəsiliyi üçün ayrılmış vəsaitin düzgün və zəruri istiqamətlərdə xərclənməsi məqsədli plan və təkliflərin hazırlanaraq təqdim edilməsini həyata keçirmək

Namizədə tələblər:

• SƏTƏM üzrə müvafiq sertifikatlar
• İstehsal sahəsində SƏTƏM üzrə iş təcrübəsi
• Məsuliyyətli, komandada və stressli vəziyyətdə işləmək və təşkilatçılıq bacarığı
• Təhsil: Ali (müvafiq sahə üzrə)

Təcrübə: Sahə üzrə minimum 3 illik iş təcrübəsi
Cins: Kişi
İş yeri: Ağcabədi rayonu, Ağabəyli kəndi (zavod və ferma)
İş şərtləri: Şirkət tərəfindən nahar və korporativ xətt ilə təmin edilir.
İş qrafiki: I-VI
Əmək haqqı: müsahibə əsasında

Tələblərə cavab verən və regionda işləmək imkanı olan namizədlərdən mövzu başlığına vakansiyanın adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur. Ağcabədi rayonunda və ya yaxın regionda yaşayan namizədlərə üstünlük verilir.
Qeyd: Yanlız seçilmiş namizədlər 2-ci mərhələ üçün müsahibəyə dəvət edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department