ENA+

“Qatar Airways” dörd ölkədən 5 milyard dollar təzminat tələb edib

“Qatar Airways” şirkəti beynəlxalq arbitraja müraciət edərək Qətərə qarşı blokada tətbiq etmiş dörd ölkədən şirkətə vurulan maddi ziyana görə 5 milyard ABŞ dolları məbləğində təzminat tələb edib.

Şirkətin “Facebook” səhifəsində bununla bağlı verilən rəsmi açıqlamada 2017-ci ildə Qətərə qarşı qanunsuz olaraq hava, dəniz, quru yollar blokadasını tətbiq etmiş Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misirə qarşı dörd iddia ərizəsi göndərdikləri göstərilir.

Xatırladaq ki, iyulun 14-də BMT-nin Beynəlxalq Məhkəməsi Qətərin hava blokadasına dair adıçəkilən ölkələrlə davalarına dair çıxardığı qətnamədə həmin ölkələrin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) qarşı apelyasiya şikayətlərini geri qaytararaq hava məkanı ilə bağlı məsələlərdə İCAO-nun səlahiyyətli olduğunu, Qətər tərəfindən qaldırılan iddianın mötəbər olduğunu təsdiqləyib.

Qeyd edək ki, 2017-ci ilin yayında Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir Qətəri daxili işlərinə müdaxilə etməkdə, terrorçuluğu dəstəkləməkdə qınayaraq bu ölkə ilə diplomatik əlaqələri dayandırdıqlarını açıqlayıb, daha sonra iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)