Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

“Fitch”: Şirkətlər arasında defolt halları xeyli artıb

“Fitch”: Şirkətlər arasında defolt halları xeyli artıb

Koronavirus pandemiyası üzündən bu ilin yanvar – may aylarında şirkətlər arasında qeydə alınmış defolt halları ötən ilin göstəricisindən artıq olub.

ENA.az “Fitch” beynəlxalq reytinq agentliyinin məlumatına istinadən xəbər verir ki, ötən il agentliyin reytinqinə malik 25 qeyri-maliyyə şirkəti defolt elanı vermişdisə, cari ilin 5 ayı ərzində bu rəqəm 28 olub ki, bunların 15-i Şimali Amerikanı təmsil edir. Ən böyük ziyan təyyarə daşımaları, neft və qaz hasilatı kimi sahələrə dəyib.

Cari ildə “Fitch” reytinqinə malik şirkətlərin mənfəəti 5 trilyon ABŞ dollarından artıq azalıb ki, bu da ötən ilki həcmin 20 faizini təşkil edir. Belə getsə, 2020-ci il ərzində şirkətlər arasında qeydə alınan defolt hallarının hətta 2008-ci ilin maliyə böhranından sonra 2009-cu ilin rekord göstəricisini ötə biləcəyi qeyd olunur.

Hazırda pandemiyanın daha geniş vüsət aldığı Cənubi Amerikada defoltların artacağı güman edilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə