"Ermənistanın real itkilərini bir müddətdən sonra biləcəyik"
“Düşmən tərəfinin itkilərinin 100-lərlə olduğu bildirilir. Aprel döyüşlərində olduğu kimi, Ermənistan döyüş itkilərini ictimaiyyətdən yenə gizlədib”.
ENA.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, yəqin ki, bir müddətdən sonra onlar itkilərini mütəmadi olaraq müxtəlif adlar adı altında ortaya çıxaracaqlar: “Real itkiləri bir müddətdən sonra biləcəyik. Onu bildirim ki, heç bir ərazi itkisinə yol verilməyib. Bir məsələni qeyd edim ki, bir sıra KİV nümayəndəsi döyüşlərdə yaralanmış hərbi qulluqçuları ziyarət etmək istəyir. Bildirim ki, hazırda karantin rejimiylə əlaqədar hərbi müəssisəyə daxil olmaq qadağan olunub”.