ENA+

Tramp: “Çikaqoda vəziyyət Əfqanıstandan pisdir”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Çikaqoda mövcud kriminal vəziyyət demokratları təmsil edən şəhər rəhbərliyinin günahı səbəbi ilə Əfqanıstandakı vəziyyətdən daha pisdir.

Bu barədə RİA “Novosti” məlumat verir.

“Sizcə bu həftə sonundan sonra onların köməyə ehtiyacı var? Hansı rəqəmlərin olduğunu bilirsiniz? Çox sayda insan yaralanıb və ölüb. Bir-iki nəfərdən danışmıram – 18 nəfər öldürülüb. Və yayda nə qədər olacaq? Bu, birmənalı olaraq Əfqanıstandan daha pisdir”-deyə, Tramp vurğulayıb.

Prezident hesab edir ki, cinayətlərin sayının artmasında günahkar şəhəri idarə edən “ən liberal demokratlar”dır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)