Vakansiyalar

“Collezione İtalia” işçi axtarır - VAKANSİYA

Collezione İtalia
Şirkət “Satış təmsilçisi” vəzifəsinə vakansiya elan edir.

Tələblər:

1. Premium seqmentdə ən az 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
2. Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti;
3. MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
4. Komandada işləmə bacarığı;
5. İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
6. Satış texnikası haqqında biliyin olması;
7. Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
8. Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.

Vəzifə öhdəlikləri:

1. Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
2. Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
3. Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
4. Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
5. Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
6. Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
7. Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
8. Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
9. Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
10. Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
11. Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
12. Sərgilərdə və iş görüşlərində iştirak;

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş qrafiki: növbəli 10:00-18:00; 10:00-20:00

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi ”  qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department