Avropa investisiya fondunun rəhbəri tarixdə görünməmiş tənəzzül barədə XƏBƏRDARLIQ ETDİ
Qlobal iqtisadiyyatda koronavirus pandemiyası səbəbindən “bütün tənəzzüllərin anası” baş verəcək, deyə Avropanın ən böyük investisiya fonlarından biri olan “BNP Paribas Asset Management”in direktoru Frederik Janbon söyləyir.
ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Janbon hesab edir ki, koronavirus infeksiyasının səbəb olduğu tənəzzüldən sonra, iqtisadiyyatın sürətlə bərpa olması ehtimalı çox aşağıdır. Mütəxəssis “V” şəkilli bərpa planına şübhə ilə yanaşır və onun sözlərinə görə, ölkələrin əksəriyyətində bu proses “U” şəkilli ssenari üzrə keçəcək.
Frederik Janbonun fikrincə, iqtisadi proqnozuna müsbət təsir edəcək amillərdən biri də Covid-19 koronavirusuna qarşı effektiv peyvəndin yaranması ola bilər. Davamlı bərpanı təmin etmək üçün uğur və “müvafiq ölkələrin əhalisinin qaydalara uyğun davranması” lazımdır.
Xatırladaq ki, “Bank of America”nın keçirdiyi sorğunun nəticələrinə görə, səhm idarəçilərinin cəmi 14%-i iqtisadiyyatın “V” şəkilli ssenari üzrə bərpa olacağına inanır. Respondentlərin 44%-i “U” şəkilli, 42%-i isə “W” şəkilli ssenariyə (sürətli bərpa, təkrar eniş və yenidən böyümə) üstünlük verib