Sosial iqtisadiyyat

Azərbaycan ət idxalını 7% artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 45,9 milyon ABŞ dolları dəyərində 25,7 min ton ət idxal edib.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,6 milyon ABŞ dolları (29,8%) və 1,6 min ton (6,7%) çoxdur.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,9%-ni təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)