Sosial iqtisadiyyat

Uşaqlarda həyatda dözümlülüyü tərbiyə etməyin 5 YOLU

Bəzi insanlar çətinliklərlə üzləşdikdə, kiçik hissələrə parçalanaraq bir müddət özlərinə gələ bilmirlər, digərləri isə ağır xəstəlikdən sonra belə qısa zamanda normaya düşürlər. Psixoloji dayanıqlıq, şübhəsiz ki, həyatın bütün sahələrində vacibdir, buna görə də onun nəyə əsaslandığı və necə inkişaf elətdirilə biləcəyi psixoloqlarda böyük maraq doğurur.

1. Dediyiniz sözlərə diqqət edin

Psixoloq Keron Dverkin fikrincə, müvəffəqiyyətli övladlar yetişdirmək üçün onları göstərdikləri bütün səylərə görə deyil, yalnız “irəliləyişə və ya nəticəyə səbəb olan” səylərə görə tərifləmək lazımdır. Psychological Science jurnalında nəşr olunan araşdırma, uşaqlarda şəxsi inkişaf sayəsində akademik nailiyyətlərin yaxşılacağı ideyasını şübhə altına salır. Buna baxmayaraq, valideynlər uşağın şəxsi keyfiyyətlərinə deyil, yalnız atdığı addımlara diqqət yetirsələr, gələcəkdə onun uğursuzluqlara qarşı dayanıqlığı daha möhkəm olur. Emili Foster-Hanson və onun New York University universitetindəki həmkarlarının yazdığı kimi, keçən il Child Development jurnalında dərc edilmiş araşdırma “uğursuzluqlar və çətinliklər – inkişaf və böyümə prosesində adi bir şey” olduğunu göstərir, buna görə övladınıza “sən ağıllısan” və ya “sən yaxşı köməkçisən” kimi ifadələri deməyə tələsməyin.

Manhetten Uşaq Muzeyinin dörd-beş yaşlı ziyarətçiləri arasında keçirdiyi araşdırma göstərir ki, adətən “köməkçi” adını qazanmış uşaqlar uğursuzlara qarşı daha həssas olurlar. Çalışın uşaqlarınıza “mənim köməkçim” deməyin, sadəcə bu və ya digər işi yerinə yetirmək üçün ona “mənə kömək edə bilərsənmi?” deyə müraciət edin. Əgər övladınızın gələcəkdə çətinliklərlə mübarizə aparmağı bacarmasını istəyirsinizsə, ondan “kimsə olmağını” (məsələn, köməkçi) istəməyin.

2. Övladınızın güclü olduğu tərəflərə baxın

“Güclü tərəflər əsasında tərbiyə” dedikdə, uşaqda müsbət keyfiyyətlərin müəyyənləşdirilməsi nəzərdə tutulur. “Tərbiyənin bu üslubu uşağın stressə necə reaksiya verdiyinə müsbət filtr əlavə edir və qaçınma və ya aqressiya kimi reaksiyanın ehtimalını azaldır”, – deyə University of Melbourne universitetinin nümayəndəsi Lia Uolters izah edir.
2105-ci ildə Uolters və onun həmkarları, Psychology jurnalında azyaşlı uşaqlarda stressin aradan qaldırılmasına dair araşdırma dərc etdilər. Komanda uşaqlar üçün bir neçə stressli ssenari qurmuşdur – yelləncəyə görə dostla dalaşmaq və sinifdə ev tapşırığını yerinə yetirməyən yeganə şagird olmaq. Uşaqlardan bu situasiyalara verəcəyi reaksiyanı təsvir etmək tələb olunurdu. “Müsbət” cavablar (məsələn, ev tapşırıqlarının öhdəsindən gəlmək üçün dərindən nəfəs almaq, dostu ilə əlaqəli olan xoş təəssüratları xatırlamaq) verən uşaqların valideynləri daha çox onların güclü tərəflərinə diqqət edirlər və nəticədə, bu uşaqlar daha az stress yaşayırlar.

2017-c ildə Uolters və onun komandası valideynlərin uşaqlarını “güclü tərəflər əsasında tərbiyə” etməyi öyrənə biləcəklərini bildirdilər. Həm özünün, həm də uşaqlarının güclü tərəflərini görməyi bacaran valideynlər, uşaqlara qarşı daha müsbət münasibət bəsləməyə başlayırlar və onları düzgün tərbiyə edə biləcəyinə şübhə etmirlər. Daha sonra 2019-cu ildə bu qrup, yeniyetmələrdə çətinliklərin öhdəsindən gəlmək bacarığı və əzmkarlıq arasındakı əlaqə haqqında məlumat verdi. Müəlliflər “güclü tərəflərə əsaslanan” yanaşmanın məktəbdəki uğursuzluqların öhdəsindən gəlməyə kömək etdiyini güman edirlər.
Bu yanaşmanı tətbiq etmək üçün komanda şüurlu şəkildə uşaqların qabiliyyətlərini, istedadlarını və bacarıqlarını müəyyənləşdirməyi və inkişaf etdirməyi, çətinliklər yarandıqda isə istifadə etməyə təşviq etməyi tövsiyə edir.

3. Onları stressdən qorumayın

Amerikalı psixiatr Dennis Cherni travmatik təcrübə yaşamış insanların müxtəlif tiplərini tədqiq edib (əsir düşmüş insanlardan təbii fəlakətlə üzləşmiş insanlara qədər). Məlum olub ki, əsas olan çətinliklərdən qaçmaq deyil, onlarla mübarizəyə aparmağa hazır olmaqdır. Bu keyfiyyəti inkişaf etdirmək üçün Cherni uşaqlara öhdəsindən gələ biləcəkləri tapşırıqlar verməyi tövsiyə edir. Məsələn, o, beş uşağı meşəyə gəzintiyə apararaq, onların azmasına yol verdi. Belə gəzintilərdən birində, qız uşaqlarından biri “ona ürəkdən nifrət etdiyini” söylədi (indi həmin uşaq artıq böyüyüb və belə gəzintilərə sevə-sevə gedir). Cherni qeyd edir ki, bu kimi təcrübələr uşaqlara stress ilə mübarizə aparmağa kömək edə biləcək “psixoloji alətlər dəsti” inkişaf etdirməyə kömək edir.

4. Onlara özünü tənzimləməyi öyrədin

Uşaqlara uğursuzluqlara verdikləri reaksiyanı tənzimləməyi öyrədin və bu, onlara məktəbdə daha çox uğur əldə etməyə kömək edəcəkdir. Qeyd edək ki, özünütənzimləmə ideyası 2017-ci ildə, Frontiers in Psychology jurnalında dərc edilən tədqiqatdan götürülüb. Tədqiqatda cəmi 365 ispan uşaq və 15-21 yaş aralığına daxil olan gənclər iştirak ediblər.
Məlum olub ki, təhsil sahəsində uğur və ya uğursuzluğu müəyyən edən əsas iki amil var – özünütənzimləmə və stressə qarşı dayanıqlıq. Özünütənzimləmə dedikdə, özünü təhlil etmək, qarşına konkret məqsədlər qoymaq, emosiyaları idarə etmək, işinə qiymət vermək və səhvlərdən dərs götürmək nəzərdə tutulur. Övladınızda bu bacarıqları inkişaf etdirsəniz, o gələcəkdə stressə qarşı daha dözümlü olacaq.

5. Qrup fəaliyyətləri və “vaxt miqdarı” kimi amillərə diqqət yetirin

1998-ci ildə İslandiya yeniyetmələr arasında alkoqol və narkotik maddələrdən istifadəni azaltmaq məqsədilə milli təşəbbüs irəli sürdü. Bu proqram elə qurulmuşdu, nəticədə bir sıra digər məqsədlərə nail olundu.

Tineycerlər ödənişsiz olaraq idman, incəsənət və musiqi ilə məşğul olmaq imkanını əldə etdilər. Valideynlər isə öz növbəsində uşaqları ilə daha çox vaxt keçirmək təşviq edilirdi.
Hər iki strategiya 1997-2012-ci illərdə əhali arşında böyük rəğbət qazandı və bu müddət ərzində yeniyetmələr arasında alkoqol və narkotik maddələrdən istifadənin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşdü.

İslandiyanın bu təşəbbüsü uşaqlarda “həyata qarşı dözümlülüyü tərbiyə etmək” deyil, onların ailəsi ilə daha yaxın olmasına, idman və mədəniyyətlə bağlı tədbirlərin əlçatanlığını artırmaq məqsədini güdürdü. Söhbət fiziki və psixoloji baxımdan daha sağlam yeniyetmələr yetişdirməkdən gedir – narkotik maddələrlə daha yaxşı mübarizə apara bilər, həyati çətinliklərlə mübarizə aparmağa hazır olan uşaqlar. Lakin bu, hökumətin dəstəyi olmadan da baş verə bilərdi. İnsanlar bir cəmiyyətdə və ya ölkədə yaşayan bütün yeniyetmələri dəstəkləmək üçün birləşdikdə, nəticələr qeyri-adi ola bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)