“KAT Holdinq” investisiya öhdəliklərini yerinə yetirmədi – mənzil sahibləri
Yasamal yaşayış kompleksində tikilmiş iki yaşayış binasının incidilərək əldən salınmış sahibləri “KAT Holdinq” MMC tərəfindən 2017-ci ilin iyul ayında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) qarşısında götürdüyü investisiya öhdəliklərinin iki il ərzində yerinə yetirməməsi ilə bağlı dövlət başçısına müraciət ediblər.
ENA.az bu barədə Turan agentliyinə istinadla bildirir.
Mənzil sahibləri iddia edirlər ki, “KAT Holdinq” 12 mərtəbəli və 9 mərtəbəli binalarda mənzilləri təmir etmir və buna görə də Bakıda tətbiq olunan özünü təcridetmə rejimi şəraitində müxtəlif yerlərdə müvəqqəti sığınacaq tapmağa məcbur olurlar.