Hazırda cəbhə xəttində döyüşlər davam edir
“Hazırda cəbhə xəttində döyüşlər davam edir”.
Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.
O bildirib ki, düşmənin ehtiyatları, canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulub və məhv edilib.
“Bu onu göstərir ki, generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmir və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Əfsus ki, döyüşlər itkisiz olmur”.
“Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərə rəhmət, ailələrinə səbr, yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirik ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq”- deyə nazir müavini əlavə edib.