Hadisə

Döyüşlərdə general-mayorumuz və polkovnikimiz həlak oldu - SON MƏLUMAT

Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub.

Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general mayoru Həşimov Polad və və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)